Fərid Şərifovdan, Bakı, Azərbaycan
05 dekabr 2024, 13:56
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycanda COP29 kimi olduqca mötəbər beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsinə görə bir vətəndaş, bir gənc olaraq böyük fəxr hissi keçirirəm. Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi həm dövlətimizin gücünü və qüdrətini, eyni zamanda, xalqımızın mədəni-intellektual səviyyəsinin yüksəldiyini göstərir.
Azərbaycanın beynəlxalq aləmdə tanınması və daha da inkişafı yolunda Sizin gördüyünüz işlər misilsizdir, əvəzsizdir. Bu işlərin müsbət nəticələrini xalqımız görür və gələcəkdə də görəcəkdir.
Cənab Prezident, Sizə sonsuz təşəkkür edirəm. Tanrı Sizi qorusun!
Hörmətlə,
Fərid Şərifov
Azərbaycan respublikası, Bakı şəhəri, Xətai rayonu.