Osman Xəlilovdan, Ağdam, Azərbaycan
03 dekabr 2024, 15:50
Hörmətli cənab Prezident.
Sizin uzaqgörən və qətiyyətli liderliyiniz sayəsində dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan COP29 Konfransının Bakıda keçirilməsi qərarı ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun və ona olan yüksək etimadın parlaq göstəricisidir. Bu qərar Azərbaycan Respublikasının ekoloji dayanıqlığa, iqlim dəyişikliyi ilə mübarizəyə və dayanıqlı inkişafa sadiqliyini qlobal səviyyədə nümayiş etdirir.
COP29 Konfransının məhz Bakıda keçirilməsi Azərbaycanı qlobal məsələlərə sadiq, məsuliyyətli və çevik tərəfdaş kimi tanıdır. Bu mötəbər tədbir çərçivəsində ölkəmizin dayanıqlı inkişaf sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyətə təqdim ediləcəyinə, eyni zamanda, gələcək hədəflərimizin geniş şəkildə tanıdılacağına inanırıq.
Sizin rəhbərliyiniz və Mehriban xanımın dəstəyi ilə belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək, ölkəmizin gələcək inkişaf yolunda yeni imkanlar yaradacaq, Azərbaycanı ekoloji dayanıqlıq və iqlim dəyişikliyi ilə mübarizədə aparıcı mövqeyə daha da yaxınlaşdıracaq.
Bu əhəmiyyətli və tarixi qərara verdiyiniz dəstəyə görə Sizə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımı və yüksək ehtiramımı bildirirəm.
Dərin hörmətlə,
Xəlilov Osman
Azərbaycan Respublikası, Ağdam rayonu, Seyidli kəndi.