logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Çoban Həmzəyevdən, Kürdəmir, Azərbaycan

Text size icon-size icon-size

29 noyabr 2024, 11:10

Hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsində göstərdiyiniz şücaət Sizin müdrikliyinizi, qətiyyətinizi və dünya miqyaslı lider olduğunuzu bir daha sübut etdi.

Sizin sərkərdəlik məharətiniz, əzmkarlığınız sayəsində ərazi bütövlüyümüz bərpa olundu və xalqımız bu qəhrəmanlığı heç zaman unutmayacaq.

Biz kənd sakinləri Azərbaycanın hər sahədə uğurlara imza atmasına, dinamik inkişaf yolunda olmasına çox sevinirik. İndi biz daha artıq çalışmalıyıq ki, iqtisadiyyatımız daha da güclənsin. Qalib ölkənin iqtisadiyyatı da möhkəm olmalıdır.

Kənd təsərrüfatına, o cümlədən meliorasiya sahəsində vəziyyət günü-gündən yaxşılaşır.

Bu günlərdə yaşadığımız ərazidə müraciətimiz əsasında su arxları təmizlənərək istifadəmizə verildi. Bundan sonra pay torpaqlarımızı daha rahat suvaracağıq.

Cənab Prezident, bütün qərarlarınızı dəstəklədiyimizi bildirərək xalqın rifahı naminə atdığınız bütün addımlara görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Həmzəyev Çoban

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sığırlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi