Xaliq Hümbətovdan, Tərtər, Azərbaycan
26 noyabr 2024, 11:35
Hörmətli cənab Prezident.
11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ilə ölkəmiz daha bir uğura imza atdı. Bütün dünyanın gözü, diqqəti Azərbaycanımızda idi. Qonaqlar müharibədən yenicə çıxmış ölkədə olan vəziyyəti öz gözləri ilə gördülər. Azərbaycanın inkişafı, onun mətbəxi, tarixi abidələri ilə yaxından tanış oldular. Onlarda ölkəmiz haqqında xoş təəssüratlar yarandı.
Cənab Prezident, bütün bunlar Sizin yürütdüyünüz müdrik və uzaqgörən siyasət nəticəsində əldə olundu. Biz Sizin apardığınız siyasəti dəstəkləyir, Sizinlə qürur duyuruq.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Xaliq Hümbətov
Azərbaycan Respublikası, Tərtər rayonu, Çaylı kəndi.