Qabil Bəylərovdan, Tərtər, Azərbaycan
25 noyabr 2024, 17:35
Möhtərəm cənab Prezident!
Azərbaycanın COP29 kimi mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi etməsi Sizin daha bir qələbənizdir. Sizin COP29-un açılışında, eləcə də COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitindəki kəsərli və qətiyyətli çıxışınız qəlbimizi qürur və sevinc hissi ilə doldurdu. İnanırıq ki, belə yüksək səviyyədə keçirilən tədbirin müsbət nəticələrini tezliklə hiss edəcəyik, sağlam dünya üçün mühüm töhfə olacaqdır.
Cənab Prezident, Sizin sayənizdə ölkəmizə qarşı beynəlxalq səviyyədə münasibət çox dəyişmişdir. Artıq, Azərbaycanla hesablaşırlar, dövlətimizi etibarlı tərəfdaş bilirlər.
Bütün bunlar üçün Sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Qabil Bəylərov
Azərbaycan Respublikası, Tərtər rayonu, Səhləbad kəndi.