Sahib Həsənovdan, Tərtər, Azərbaycan
Text size
25 noyabr 2024, 15:20
Möhtərəm cənab Prezident!
Mən bir vətəndaş kimi COP29-un gedişini diqqətlə izləyirəm. Ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi qəlbimi qürur hissi ilə döyündürür. Sizin, Azərbaycanı bəzi məsələlərə görə günahlandırmağa çalışanlara verdiyiniz tutarlı cavablar bizim də ürəyimizdən xəbər verir.
Fəxr edirik ki, Ata vəsiyyətini yerinə yetirən, həmişə xalq qarşısında alnıaçıq, üzüağ olan, kəsərli sözü ilə seçilən bir Prezidentimiz var. Hamılıqla yaşıl dünya naminə öz töhfəmizi verəcəyik.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Sahib Həsənov
Azərbaycan Respublikası, Tərtər şəhəri.