Kamil Ağayevdən, Neftçala, Azərbaycan
25 noyabr 2024, 13:40
Hörmətli cənab Prezident.
Sizin sayənizdə bu gün Azərbaycan dünyanın böyük dövlətləri ilə bir cərgədə dayanır. Eyni zamanda, ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən daha yaxından tanınır və müsbət imicə malikdir. COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi dövlətimizin qüdrətinin göstəricisidir. Hər ölkə belə bir tədbiri keçirmək qüdrətinə sahib deyil. Bu xoşbəxtlik Sizin yorulmaz fəaliyyətiniz, müdirik qərarlarınız sayəsində xalqımıza qismət olub.
Qəhrəman Sərkərdəmiz, Siz xalq naminə əlinizdən gələni edirsiniz. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, Siz dövlətimizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiniz. Əminik ki, Azərbaycan Sizin rəhbərliyinizlə gələcəkdə də iri addımlarla irəliləyəcək və daha uca zirvələr fəth edəcək.
Azərbaycan xalqı bu yolda daim Sizinlədir.
Hörmətlə,
Ağayev Kamil.
Azərbaycan Respublikası, Neftçala rayonu, Pirəbbə kəndi.