Bəhram Mustafayevdən, Kazan, Rusiya
23 noyabr 2024, 14:15
Hörmətli cənab Prezident.
Müstəqil Azərbaycan dövləti və xalqımız hər qarış torpağını qoruyaraq, işğal altında olan torpaqlarını azad edərək bizə qürur hissləri yaşatdı. 44 günlük Vətən müharibəsində qazanılan uğurlar həm indiki, həm də gələcək nəslə nümunə olacaq liderlik, müdriklik və cəsarət simvoluna çevrildi. Azərbaycan tarixinin bu səhifəsi əzmkarlıq, haqq və ədalət uğrunda mübarizə nümunəsi kimi yaddaşlarda əbədi qalacaqdır.
Bu gün Azərbaycan təkcə milli təhlükəsizlik məsələlərində deyil, həm də iqlim dəyişikliyi kimi qlobal çağırışlarda liderlik nümayiş etdirir. COP29 kimi böyük tədbirin keçirilməsi ölkəmizin qlobal iqlim siyasətinin formalaşdırılmasında fəal rolunu və gələcək nəsillərin rifahını təmin etmək istəyini vurğulayır. Siz ekoloji məqsədlərə nail olmaq və beynəlxalq arenada tərəfdaşlığı gücləndirmək üçün mühüm addımlar atırsınız.
Bu əlamətdar hadisə Azərbaycanda yaşıl enerjinin davamlı inkişafı üçün yeni imkanlar açacaq, həmçinin aktual problemlərin həllində qlobal əməkdaşlığı gücləndirəcək. Əminik ki, COP29 iqlim və ekologiya ilə bağlı əsas məsələlərin müzakirəsi üçün uğurlu və məhsuldar platforma oldu.
Azərbaycanın hər bir uğuru, soydaşlarımızın hər bir şücaəti təkcə bu günün nailiyyəti deyil, həm də gələcək nəsillər üçün ilham mənbəyidir. Siz Azərbaycanın şanlı tarixinə hər kəsə örnək olacaq yeni səhifələr yazırsınız.
Hörmətlə,
Mustafayev Bəhram, “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri
Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri.