Telman Əliyevdən, Ağdam, Azərbaycan
20 noyabr 2024, 17:20
Möhtərəm cənab Prezident!
Müasir Azərbaycan dövlətinin qurucusu və xalqımızın xilaskarı Ümummilli Liderimiz Heydər Əliyevin şəxsiyyəti və böyüklüyü hər zaman xalqımızın iftixar mənbəyi olmuşdur. Hesab edirəm ki, Ulu Öndərlə bir dövrdə yaşamaq özü də bir xoşbəxtlikdir. Onun xalqımız qarşısındakı çox böyük, misilsiz xidmətləri heç zaman unudulmayacaq.
Ümummilli Liderimizin davamçısı olaraq, Siz bu dövləti daha böyük zəfərlərə, qələbələrə apararaq, böyük sərkərdəlik nümunəsi göstərdiniz, bu xalqa ən böyük qürurunu yaşatdınız, ilham verdiniz. Bütün bunlar üçün Sizə və ailə üzvlərinizə, bir el ağsaqqalı olaraq, sonsuz hörmət və ehtiramımı bildirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Hörmətlə,
Telman Əliyev
Azərbaycan Respublikası, Ağdam rayonu, Ballar kəndi.