Qarabağ müharibəsi veteranından, Masallı, Azərbaycan
19 noyabr 2024, 16:30
Möhtərəm Prezident!
COP29 kimi mühüm beynəlxalq tədbirin respublikamızda möhtəşəm tərzdə keçirilməsi ilə əlaqədar vətəndaş məmnunluğumu və Sizə dəstəyimi ifadə etmək istəyirəm.
Bütün maneələri dəf edərək, bu tədbirin yüksək səviyyədə keçirilməsi Sizin müdrik siyasətinizin və müstəsna təşkilatçılığınızın nəticəsidir. Bu möhtəşəm tədbirin belə uğurla keçirilməsi, həmçinin, İkinci Qarabağ müharibəsindən sonra Sizin beynəlxalq arenada yeni misilsiz zəfərinizdir.
Bir daha Sizə polis veteranları və Masallı rayon ictimaiyyəti adından səmimi təşəkkürümüzü çatdırır, Sizə yeni uğurlar diləyirəm.
Tanrı Sizə hər zaman yar və yardımçı olsun.
Hörmətlə,
Şahmarov Tofiq Şirin oğlu,
Qarabağ müharibəsi veteranı, "İgidliyə görə” medallı.
Azərbaycan Respublikası, Masallı şəhəri.