Nadir Musayevdən, Bakı, Azərbaycan
18 noyabr 2024, 17:10
Hörmətli cənab Prezident.
Sizin COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində etdiyiniz qətiyyətli çıxış dünya liderinə yaraşan çıxış idi. Mən bir vətəndaş olaraq, Sizinlə bir daha fəxr etdim.
Xüsusilə, müstəmləkəçilik siyasəti həyata keçirən Fransa və Niderlandın ünvanına səsləndirdiyiniz fikirlər, həmin dövlətlərin kiçik ada dövlətlərinə vurduğu ekoloji ziyanın aradan qaldırılması ilə bağlı çağırışlarınız Sizin ədalətli və humanist mövqeyinizi bir daha nümayiş etdirmiş oldu.
Cənab Prezident, Sizi tam dəstəkləyirik, hər zaman yanınızdayıq.
Hörmətlə,
Nadir Musayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.