Əli Kazımovdan, Moskva, Rusiya Federasiyası
16 noyabr 2024, 18:00
Əziz cənab Prezident!
İşğaldan azad edilmiş torpaqlarımızın hər bir qarışı, xalqımızın və müstəqil Azərbaycan dövlətinin uğuru, qürurudur. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyiniz liderlik, müdriklik və cəsarət, təkcə bu günümüzün deyil, gələcək nəsillərin də qürur duyacağı bir tarix yazdı. Azərbaycanın böyük Zəfəri bizə bir daha göstərdi ki, haqqın və ədalətin zəfəri qaçılmazdır.
Bu günlərdə Azərbaycan həm də qlobal əhəmiyyətə malik məsələlərdə, xüsusən də iqlim dəyişikliyi ilə mübarizə sahəsində dünya miqyasında liderlik nümayiş etdirir. COP29-un Azərbaycanda keçirilməsi, ölkəmizin qlobal iqlim siyasətində daha fəal rol oynadığı və gələcək nəsillərin rifahı üçün mühüm addımlar atdığı bir dövrü rəmziləşdirir. Azərbaycan dünya birliyinə öz qlobal iqlim hədəfləri və ekoloji tərəfdaşlıqla bağlı mövqeyini güclü şəkildə təqdim edir. Bu mühüm tədbir, iqlim dəyişikliyinin qarşısının alınması, dayanıqlı inkişaf və təmiz enerji siyasətlərinin həyata keçirilməsi sahəsində Azərbaycan üçün yeni imkanlar açacaq, eyni zamanda qlobal əməkdaşlığın gücləndirilməsinə təkan verəcəkdir.COP29-un Azərbaycanın və bütün dünya üçün uğurlu və nəticəli bir tədbir olmasını diləyirəm.
Azərbaycanın hər bir uğuru, hər bir zəfəri gələcək nəsillər üçün şanlı bir tarix və örnəkdir.
Hörmətlə,
Əli Kazımov,
Moskva şəhərinin Qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri
Rusiya Federasiyası, Moskva şəhəri.