Sevda Abbasova və Gülşən Bağırovadan, Gəncə, Azərbaycan
18 noyabr 2024, 11:15
Hörmətli cənab Prezident!
Azərbaycan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi müəyyən edilmişdir. Bu səbəbdən yaşadığım Gəncə şəhərində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Gəncədə ağacəkmə aksiyası keçirilmişdir. Bu da şəhər havasının təmizlənməsinə və ətraf mühitin qorunmasına səbəb olur.
Cənab Prezident, qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasında olan Azərbaycanın bərpaolunan enerji sektorunun yaradılması istiqamətində önəmli addımlar atmasına görə, işğaldan azad olunmuş ərazilərin bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində atdığı addımlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun.
Hörmətlə,
Sevda Abbasova və Gülşən Bağırova
Azərbaycan Respublikası, Gəncə şəhəri.