Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
08 noyabr 2024, 12:04
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638; Azərbaycan Respublikasının 2024-cü il 24 may tarixli 1163-VIQD nömrəli, 25 iyun tarixli 1186-VIQD nömrəli, 28 iyun tarixli 1192-VIQD və 1195-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 58.2-ci maddədən “və ya yük” sözləri çıxarılsın;
1.2. 221.4.7-ci maddə üzrə:
1.2.1. birinci hissənin birinci cümləsindən “və yük” sözləri çıxarılsın;
1.2.2. ikinci hissənin birinci cümləsindən “(yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna olmaqla)” sözləri çıxarılsın;
1.2.3. dördüncü hissə ləğv edilsin.
Maddə 2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 14.5-ci maddə üzrə:
2.1.1. 14.5.1-ci maddənin birinci abzasına “sahibkarlıq” sözündən əvvəl “bu Qanunun 14.5.7-ci maddəsi istisna olmaqla,” sözləri, “üzrə –” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.2. 14.5.1-1-ci maddəyə “üçün” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.3. 14.5.1-1.10-cu maddədən “və yük” sözləri çıxarılsın;
2.1.4. 14.5.1-2-ci maddənin birinci abzasında birinci halda “maddəsində” sözü “və 14.5.7-ci maddələrində” sözləri ilə əvəz edilsin və həmin maddəyə “məbləği” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.5. 14.5.5-ci maddəyə “gəlirlərinin” sözündən əvvəl “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.1.6. aşağıdakı məzmunda 14.5.7-ci maddə əlavə edilsin:
“14.5.7. fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsilə yük daşıma fəaliyyəti üzrə - 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.”;
2.2. 14.6-1-ci maddəyə “haqqı” sözündən sonra “2026-cı il yanvarın 1-dək” sözləri əlavə edilsin;
2.3. 15-ci maddənin üçüncü abzasından “, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin” sözləri çıxarılsın.
Maddə 3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I) 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən “və yük” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2024-cü il