“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
08 noyabr 2024, 11:56
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “limitlərini (kvotalarını)” sözləri “kvotalarını” sözü ilə əvəz edilsin;
1.2. 31-ci maddənin birinci hissəsinin ikinci abzasında “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr” sözləri “balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilsin;
1.3. 32-ci maddə üzrə:
1.3.1. adına “istifadəyə” sözündən sonra “görə” sözü əlavə edilsin və “cərimələr” sözü “görə təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilsin;
1.3.2. üçüncü hissədə “cərimələr” sözü “görə təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilsin;
1.3.3. altıncı hissədə “növləri, dərəcələri” sözləri “məbləği” sözü ilə, “cərimələr” sözü “görə təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilsin;
1.4. 35-ci maddənin ikinci hissəsində “cərimələrin” sözü “görə təbiətə dəymiş ziyan məbləğinin” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 9-cu maddənin birinci hissəsinin səkkizinci abzasında “növlərini və dərəcələrini” sözləri “məbləğini” sözü ilə əvəz edilsin;
2.2. 47-ci maddənin birinci hissəsinin ikinci abzasında “cərimələr” sözü “görə təbiətə dəymiş ziyanın məbləği” sözləri ilə əvəz edilsin;
2.3. 48-ci maddə üzrə:
2.3.1. adında və üçüncü hissədə “cərimələr” sözü “görə təbiətə dəymiş ziyanın məbləği” sözləri ilə əvəz edilsin;
2.3.2. dördüncü hissədə “növləri, dərəcələri” sözləri “məbləği” sözü ilə, “cərimələr” sözü “görə təbiətə dəymiş ziyanın məbləği” sözləri ilə əvəz edilsin;
2.4. 51-ci maddənin üçüncü hissəsində “cərimələrin” sözü “təbiətə dəymiş ziyanın məbləğinin” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365) 27-ci maddəsinin 3-cü hissəsinə “ödəmələr,” sözündən sonra “qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyan,” sözləri əlavə edilsin.
Maddə 4. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 316 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 7.1.9-cu maddədə “növlərini və dərəcələrini” sözləri “məbləğini” sözü ilə əvəz edilsin;
4.2. 27-ci maddə üzrə:
4.2.1. adında “cərimələr” sözü “görə təbiətə dəymiş ziyanın məbləği” sözləri ilə əvəz edilsin;
4.2.2. mətnində “növləri, dərəcələri,” sözləri “məbləği,” sözü ilə, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində” sözləri “və qeyri-qanuni ova görə təbiətə dəymiş ziyan “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində və “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2024-cü il