Kamil Süleymanovdan, Gəncə, Azərbaycan
07 noyabr 2024, 14:05
Hörmətli cənab Prezident.
Respublikamızın bütün bölgələrində, xüsusilə doğma Gəncəmizdə yaşıllaşdırma işlərinin genişləndirilməsi, istirahət məkanlarının və parkların salınması, təmiz su ehtiyatlarının qorunması kimi tədbirlər şəhər sakinlərinin sağlam mühitdə yaşamasına və ekoloji tarazlığın təmin olunmasına böyük töhfə verir. Həmçinin, noyabrın 11-22-də keçiriləcək COP29 konfransına sədrlik ölkəmizin beynəlxalq səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə aparıcı mövqeyini bir daha sübut edir.
Cənab Prezident, Gəncə şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və abadlaşdırılması istiqamətində atılan addımlara görə şəhər sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün bunlar Sizin Gəncə şəhər sakinlərinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.
Allah Sizi qorusun.
Süleymanov Kamil,
Azərbaycan Texnologiya Universitetinin dosenti.
Azərbaycan Respublikası, Gəncə şəhəri.