Şəfa Əliyevdən, Sumqayıt, Azərbaycan
06 noyabr 2024, 13:30
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyiniz və liderlik keyfiyyətləriniz sayəsində Azərbaycan sürətli inkişaf yolu keçmiş, həm regionun, həm də dünyanın rəqabət qabiliyyətli, yüksək imicə malik ölkəsinə çevrilmişdir. Azərbaycanın iqtisadi inkişaf modeli maksimum milli maraqları özündə cəmləşdirir. Ölkəmiz qlobal problemlərin həllinə ciddi töhfələr verməkdədir, Avropanın enerji təhlükəsizliyi tərəfdaşıdır. Türkdilli dövlətlərin inteqrasiyasında və türk coğrafiyasının birləşdirilməsi istiqamətində mühüm təşəbbüslər və layihələr Sizin tərəfinizdən irəli sürülmüş və uğurla reallaşdırılmaqdadır. Azərbaycan sivilizasiyanı narahat edən kəskin qlobal problemlərin həllində strateji funksiyaları yerinə yetirən dövlətlər sırasında möhkəmlənib. COP29 kimi yüksək statuslu ümumdünya tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın uğurlu xarici siyasətinin və şəxsən Sizin dünya səviyyəsində böyük nüfuzunuzun təcəssümü kimi qiymətləndirilməlidir.
Vətəndaş-alim kimi ölkəmizin bu uğurları ilə qürur duyuram və bütün bunlara görə Sizə sonsuz dərəcədə minnətdaram. Müstəqil Azərbaycanımızın dövlətçiliyinin gücləndirilməsində Sizə yeni zirvələr fəth etməkdə daha böyük nailiyyətlər arzulayıram.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.