Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
25 oktyabr 2024, 15:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 15-ci bənd üzrə:
1.1. birinci cümlədən “bir birinci müavini və” sözləri çıxarılsın;
1.2. ikinci cümlədə “Azərbaycan Milli Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyində” sözləri “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində” sözləri ilə əvəz edilsin;
1.3. üçüncü cümlədə “Birliyin” sözü “Mərkəzin” sözü ilə əvəz edilsin.
2. 19-cu bənd üzrə:
2.1. birinci cümlədə “birinci müavini” sözləri “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;
2.2. ikinci cümlədə “və adi” sözləri “sadə“ sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 oktyabr 2024-cü il