Murad İsmayılovdan, Şəki, Azərbaycan
24 oktyabr 2024, 15:00
Hörmətli cənab Prezident.
Amerika Birləşmiş Ştatlarının Prezidentinin bir neçə gün bundan əvvəl Sizə ünvanladığı məktubla mətbuat vasitəsilə tanış oldum. ABŞ kimi dövlətin Azərbaycanla əlaqələrə böyük önəm verməsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin tərəfinizdən uğurla davam etdirilən uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Sizin – Müzəffər Liderimizin atdığı uğurlu addımlar sayəsində Azərbaycan dünyada gündən-günə daha çox tanınır, ölkəmizin beynəlxalq nüfuzu, əhəmiyyəti və imici getdikcə artır. Təbii ki, bu vəziyyət hər bir vətənpərvər azərbaycanlını qəlbən sevindirir, düşmənlərimizə göz dağı verir.
Cənab Prezident, Sizə yeni-yeni qələbələr və uğurlar arzulayıram.
Hörmətlə,
İsmayılov Murad.
Azərbaycan Respublikası, Şəki şəhəri, Oxud kəndi.