Şəhid atasından, Gəncə, Azərbaycan
23 oktyabr 2024, 15:30
Hörmətli cənab Prezident.
Mən, şəhid Kərəm Həsənovun atasıyam. Oğlum lokal xarakterli antiterror tədbirləri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Cənab Prezident, həm şəhid ailələrinə, həm də qazilərə göstərilən yüksək diqqət və qayğının şahidiyəm. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı Sizin sayənizdədir. Onların müraciətlərinə həssaslıqla baxılaraq operativ həll olunur, həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində konkret işlər görülür. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Həsənov Akif,
Şəhid atası.
Azərbaycan Respublikası, Gəncə şəhəri.