Hikmət Mirzəzadədən, Bakı, Azərbaycan
18 oktyabr 2024, 16:01
Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 21-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün, Sizin Azərbaycan dövlətinə və xalqımıza həsr etdiyiniz həyat yolunun bir daha yüksək qiymətləndirildiyi gündür. Siz öz rəhbərliyinizlə Azərbaycanın müasir inkişaf tarixində dərin izlər buraxmısınız.
Ölkəmiz Sizin uzaqgörən və cəsarətli siyasətiniz nəticəsində hər sahədə böyük uğurlar əldə edib. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olaraq, Siz Azərbaycanı beynəlxalq arenada nüfuzlu və güclü bir dövlətə çevirmisiniz. Sizin qətiyyətli liderliyinizlə həyata keçirilən islahatlar iqtisadiyyatımızı möhkəmləndirib, sosial rifahı artırıb və Azərbaycan xalqının gələcəyinə daha parlaq üfüqlər açıb.
Xüsusilə də, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Sizin müdrik rəhbərliyiniz və vaxtında verilmiş strateji qərarlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə imkan verdi. Bu tarixi Zəfər, Sizin qətiyyətli iradəniz, xalqımıza və Ordumuza olan inamınızın təntənəsi kimi tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında həm siyasi arenada, həm də hərbi sahədə öz gücünü dünyaya sübut etdi.
Sizin bütün varlığınızı Azərbaycan xalqına, onun xoşbəxt gələcəyinə həsr etməyiniz xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Sizin rəhbərliyinizlə Azərbaycanın daha da çiçəklənəcəyinə və inkişaf yolunda yeni zirvələrə yüksələcəyinə inamımız sonsuzdur.
Bu gün dünyada Azərbaycanın əleyhinə yönələn müxtəlif təzyiqlərə və Qərbin ölkəmizə qarşı oynadığı çirkin oyunlara baxmayaraq, biz tam əminik ki, Siz bu oyunları pozacaq, Azərbaycanın milli maraqlarını hər zaman qoruyacaqsınız.
Azərbaycanın parlaq gələcəyi Sizin uzaqgörən rəhbərliyinizlə daha da möhkəmlənəcək.
Sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə daim uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Mirzəzadə Hikmət Rasim oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.