logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Müşviq Mustafayevdən, Goranboy, Azərbaycan

Text size icon-size icon-size

16 oktyabr 2024, 16:20

Hörmətli cənab Prezident.

Siz Azərbaycanda siyasi sabitliyin bərpasına nail olmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin əsaslarını inkişaf etdirdiniz, parlaq zəkanız ilə Azərbaycana həm bölgədə, həm də dünyada layiqli yer qazandırdınız, müdrik və uzaqgörən addımlarınızla ölkəmizi davamlı, sabit inkişaf yoluna çıxardınız.

Mən kənd təsərrüfatı ilə məşğul olan bir fermer kimi bu uğurlara ürəkdən sevinir, Sizinlə qürur duyuram.

Cənab Prezident, Sizin meliorasiya və su təsərrüfatı sisteminin inkişafı üçün gördüyünüz işlər də alqışa layiqdir. Məhz bu işlərin nəticəsində bu il əkdiyim pambıq, günəbaxan və yonca bitkilərindən bol məhsul götürmüşəm.

Azərbaycanın işıqlı və parlaq gələcəyi naminə gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Mustafayev Müşviq Şaqan oğlu

Azərbaycan Respublikası, Goranboy rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi