logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nisə Məmmədovadan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

15 oktyabr 2024, 16:10

Hörmətli cənab Prezident!

Sizə və ailənizə öz dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Sizin kimi Prezidenti olan bir ölkədə yaşayıram. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkənin vətəndaşı olmaq gözəl hissdir. Həyata keçirilən sosial-iqtisadi siyasət həm Azərbaycanın inkişafına, həm də əhalinin rifah halının yüksəlməsinə gətirib çıxarmışdır.

Problemlərimizlə bağlı Sizə etdiyimiz müraciətlər hər zaman öz həllini tapıb. Siz köməksizin köməyi, kimsəsizin sahibisiniz. Çox sağ olun, cənab Prezident, Sizə minnətdaram. Allah Sizi və ailənizi daim qorusun. Dualarımız hər zaman Sizinlədir.

Hörmətlə,

Nisə Məmmədova

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi