Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14 oktyabr 2024, 15:18
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
apellyasiya instansiyası məhkəmələri üzrə:
1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;
1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;
1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;
1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;
1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2024-cü il