Quzanlı qəsəbəsinin sakinlərindən, Ağdam, Azərbaycanlı
12 oktyabr 2024, 17:00
Hörmətli cənab Prezident!
Son illər rəhbərliyiniz altında aparılan sosial-iqtisadi islahatlar çox böyük səmərə verir. Biz Quzanlı qəsəbə sakinləri ölkəmizin bütün bölgələrində, xüsusən rayonumuzda olan inkişafdan qürur hissi keçiririk.
Ağdam indi quruculuq və inkişaf mərkəzidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri ürəyimizi dağa döndərir. Əminik ki, çox yaxın müddətdə Ağdam nəinki respublikamızın, hətta dünyanın ən müasir, inkişaf etmiş məskənlərindən biri olacaq.
İşğaldan azad olunan ərazilərlə yanaşı, digər kənd və qəsəbələrimiz də Sizin qayğınızdan yararlanır. Qəsəbəmizdəki yolların asfaltlanması buna bariz nümunədir.
Cənab Prezident, rayonumuzun, o cümlədən doğma qəsəbəmizin sosial-iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə sakinlər adından minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Salmanov Əli Qasım oğlu,
Baxşəliyev Təbriz Hümbət oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.