Şəhid anasından, Qazax, Azərbaycan
11 oktyabr 2024, 12:02
Hörmətli cənab Prezident!
Mənim oğlum İlham Şəmşiyev 2023-cü il sentyabrın 19-da həyata keçirilən və ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələnən antiterror tədbirləri zamanı şəhid olmuşdur. Oğul itkisinə üzülsəm də, torpaqlarımızın azad edilməsi və şəhid ailələrinə göstərilən qayğı hər zaman mənə təsəlli olmuşdur.
Əziz Prezidentim, Sizin diqqət və qayğınızı bizim ailə hər zaman hiss edir. Digər oğlumun işlə təmin olunması ilə bağlı onunla birlikdə qəbulda olduq və tez bir zamanda oğlumu işlə təmin etdilər.
Şəhid analarına göstərilən hörmətə görə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Zülfiyyə Şəmşiyeva, şəhid anası.
Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi.