Ziyad Abbasovdan, Gəncə, Azərbaycan
11 oktyabr 2024, 17:22
Hörmətli cənab Prezident.
Azərbaycan təhsilinə, mədəniyyətinə, idmanına, həmçinin xalqımızın maddi rifahının yaxşılaşdırılmasına göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizin diqqətiniz və məqsədyönlü addımlarınız bir çox sahələrin inkişafı və dirçəldilməsi üçün əsas amil olmuşdur. Təhsil sahəsində çalışan bir vətəndaş kimi deyə bilərəm ki, bu sahənin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər göz önündədir. İndi Azərbaycan övladları daha yaxşı, daha müasir məktəblərdə təhsil alır, Azərbaycan müəllimləri daha rahat şəraitdə dərs keçirlər.
Cənab Prezident, bu işlər gələcəyə açılan qapıdır. Ulu Tanrı bütün qapıları üzünüzə açıq etsin.
Hörmətlə,
Abbasov Ziyad,
professor.
Azərbaycan Respublikası, Gəncə şəhəri.