Nuranə Əkbərovadan, Abşeron, Azərbaycan
10 oktyabr 2024, 16:42
Hörmətli cənab Prezident.
Sizin fenomenal idarəetmə bacarığınız, güclü siyasətiniz nəticəsində bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı. Xalqımızın vətənpərvər övladları Sizin “dəmir yumruğ”unuz ətrafında sıx birləşərək torpaqlarımızı azad etdilər. Azərbaycan əsgəri Sizə və özünə böyük inam bəsləyərək cəbhə boyu hər gün irəlilədi. Buna görə də Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu yolda canından keçən şəhidlərimiz qürur yerimizə çevrildilər.
Siz şəhidlərimizi daim qürurla anır və ehtiramla yad edirsiniz. Onların ailələrinə böyük həssaslıqla yanaşır, diqqət və qayğı göstərirsiniz. Bu il 20 sentyabrda, ilk dəfə olaraq, Dövlət Suverenliyi Gününü qürurla qeyd etdik. Bununla əlaqədar imzaladığınız Sərəncam hər kəsin ürəyincə oldu. Buna görə də Sizə minnətdarıq.
İnanırıq ki, növbəti böyük uğurlara imza ataraq xalqımızı sevindirməkdə davam edəcəksiniz.
Hörmətlə,
Əkbərova Nuranə Xudaverdi qızı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.