Xətai Ələsgərovdan, Bakı, Azərbaycan
Text size
10 oktyabr 2024, 15:30
Hörmətli cənab Prezident.
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin açlışında iştirak etməyiniz biz Ələsgərsevərlərdə qürur hissi yaratdı.
Gərgin iş rejimində ölkə həyatının bütün sahələrində baş verən hadisə və prosesləri diqqət mərkəzində saxlamağınız Ümummilli Lider Heydər Əliyevin layiqli varisi və davamçısı olmağınızı sübut edir.
Göstərdiyiniz diqqətə və ehtirama görə Sizə ailəm və bütün Ələsgərsevərlər adından təşəkkürümü bildirirəm.
Hörmətlə,
Ələsgərov Xətai İslam oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.