Nənəxanım Ağayevadan, Abşeron, Azərbaycan
09 oktyabr 2024, 15:30
Hörmətli cənab Prezident.
Sizin qətiyyətiniz nəticəsində şanlı Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğalçı Ermənistanı məğlub edərək tarixi Qələbə qazandı. Cəmi 23 saat ərzində isə lokal antiterror tədbirləri ilə torpaqlarımız erməni quldur dəstələrindən tam təmizləndi, suverenliyimiz bərpa olundu. Bu gün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhları şaddır. Onların uğrunda şəhid olduqları torpaqlarda artıq Azərbaycanımızın üçrəngli Bayrağı dalğalanır.
Cənab Prezident, bu gün Azərbaycan xalqı çox xoşbəxtdir. Sizin Sərəncamınızla ölkəmizdə 20 sentyabr - Dövlət Suverenliyi Günü təsis olundu. Hər birimizin qəlbini fərəh hissi ilə dolduran bu gün həm də şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının günüdür. Şəhid ailələrinə göstərdiyiniz qayğıya və şəhidlərimizin xatirəsini daim uca tutduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Ağayeva Nənəxanım,
Şəhid anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.