logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yusif Hümbətovdan, Samux, Azərbaycan

Text size icon-size icon-size

09 oktyabr 2024, 17:33

Möhtərəm Prezident.

Sizin rəhbərliyiniz dövründə ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işləri ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır. Bu işlər bizim Samux rayonunu və yaşadığımız Sərkar kəndini də əhatə etmişdir. İndi əvvəlkitək elektrik enerjisi və təbii qazla bağlı problemlərimiz yoxdur. Ötən il Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında Sizin şəxsən iştirakınız bizə qol-qanad verdi. Həmçinin əkin-biçin işləri ilə məşğul olan kənd zəhmətkeşlərinin problemlərinin həlli də çox müsbət haldır.

Əziz Prezidentimiz, kənd camaatına göstərilən bu diqqətə görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Hümbətov Yusif.

Azərbaycan Respublikası, Samux rayonu, Sərkar kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi