logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yüksək məhsuldarlıq əldə edən əkinçidən, Beyləqan, Azərbaycan

Text size icon-size icon-size

09 oktyabr 2024, 14:15

Hörmətli cənab Prezident.

Mən, Beyləqan rayonunun Eyvazalılar kəndində 7 hektar pay torpağında pambıq əkmişəm. Həmin pambıq əkin sahəsinə bütün aqrotexniki qaydalara uyğun olaraq yaxşı qulluq edilməsi və suvarma suyu ilə tam təmin olunması sayəsində yüksək məhsuldarlıq əldə etmişəm.

Sizin su çatışmazlığının aradan qaldırılması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir.

Mən də bir əkinçi kimi Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətlə,

Həsənov Elvin,

fermer.

Azərbaycan Respublikası, Beyləqan rayonu, Eyvazalılar kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi