İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etmişdir
Text size
26 noyabr 2012, 17:30
Prezident İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əldə olunan uğurların önəmi vurğulandı, bu əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.