Ələddin Allahverdiyevdən, Moskva, Rusiya
03 oktyabr 2024, 14:37
Möhtərəm Prezident.
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Bakıda keçirilən Forumuna verdiyiniz dəstək Sizin uzaqgörən, müdrik siyasətinizin çoxşaxəli istiqamətlərindən biri kimi elmə, təhsilə xidmət edən alimlərə, o cümlədən xaricdə yaşayan bizim kimi elm adamlarına göstərdiyiniz diqqət və qayğının, yaratdığınız şəraitin bariz göstəricisidir. Bu amil bütün gücümüzün Azərbaycan xalqının və dövlətinin inkişafına yönəlməsinə stimul verir.
Forumun işinə göstərdiyiniz diqqət dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimləri bir qurumda birləşdirərək, ölkəmizin elmi, iqtisadi və mədəni tərəqqisi üçün yeni imkanlar yaratmaqda çox mühüm, vacib rol oynayır.
Hörmətli cənab Prezident, Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız inamlı və parlaq qələbə Qarabağı işğalçılardan tamamilə azad edən, bununla da ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, eyni zamanda, müdrik ölkə rəhbəri, siyasi xadim və görkəmli dövlət xadimi kimi prezident olduğunuz 20 il ərzində sosial-iqtisadi siyasətinizin, genişmiqyaslı islahatların və böyük quruculuq işlərinin, vətəndaşların hər bir sahədə rifahının yüksəlməsinə və iqtisadi tərəqqiyə yönələn, hakimiyyətlə xalqın birliyini təmin edən, möhkəmləndirən gündəlik fəaliyyətinizin və böyük səylərinizin nəticəsidir.
Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz nəticəsində beynəlxalq arenada yüksək nüfuz qazanmış qüdrətli, güclü dövlətə çevrilib.
Sizin müdrik və uzaqgörən siyasətinizi prezident seçkilərində bir daha yüksək dəyərləndirən hər bir Azərbaycan vətəndaşı kimi, bizlər də - Vətənimizdən kənarda yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı alimlər də Sizinlə fəxr edir, qürur duyuruq.
Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, Vətənimizin, xalqımızın rifahı naminə görəcəyiniz bütün işlərdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Allahverdiyev Ələddin, professor.
Rusiya Federasiyası, Moskva şəhəri.