Əmirxan Həsənlidən, Bakı, Azərbaycan
Text size
02 oktyabr 2024, 15:50
Salam cənab Prezident!
Dövlət Suverenliyi Günü ilə bağlı imzaladığınız Sərəncam bir gənc kimi məni də çox sevindirdi. Müdrik siyasətiniz və şanlı Ordumuzun şücaəti nəticəsində suverenliyimiz tam bərpa olundu. Buna görə Sizə "Çox sağ olun" deyirik.
Cənab Prezident, mən bir gənc olaraq Sizin kimi Liderimiz olduğu üçün böyük qürur hissi keçirirəm. Ümummilli Lider Heydər Əliyevin irsinə sadiq qalaraq atdığınız addımlar ölkəmizi daim inkişaf etdirir.
Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əmirxan Həsənli
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.