logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bakı şəhəri Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

23 noyabr 2012, 18:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı, 16 min nəfər əhalisi olan Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi