Əsmər Allahverdiyevadan, Abşeron, Azərbaycan
01 oktyabr 2024, 17:00
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin səriştəli rəhbərliyinizlə, yenilməz iradənizlə düşmən üzərində qazanılan şanlı Qələbədən sonra doğma Qarabağımızda yaradılan şərait əsl cənnəti xatırladır.
Həyata keçirilən təmir, bərpa işlərindən sonra soydaşlarımız böyük həvəs və coşqu ilə öz yurdlarına qayıdırlar.
İndi hər il sentyabr ayının 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Xalqımıza yaşatdığınız bütün bu qürurverici hisslərə görə Sizə şəhid ailəsi adından təşəkkür edirəm.
Allah yolunuzu daim açıq etsin!
Hörmətlə,
Allahverdiyeva Əsmər Rəsul qızı, Vətən müharibəsi şəhidi Babək Allahverdiyevin anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi