Şəhid atasından, Abşeron, Azərbaycan
Text size
28 sentyabr 2024, 12:10
Müzəffər Ali Baş Komandan!
Hər il sentyabr ayının 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Sərəncamınız Vətən üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza növbəti ehtiram, növbəti bir diqqətdir.
Bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə böyük qayğı göstərilir, onların problemlərinin həllinə diqqətlə yanaşılır. Mən, şəhid atası olaraq, bizim üçün və Vətənimiz üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə,
Vüqar Bürcəliyev, şəhid atası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Şəfəq qəsəbəsi.