Şəhid atasından, Abşeron, Azərbaycan
26 sentyabr 2024, 15:30
Hörmətli cənab Prezident.
Sizin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığınız Sərəncam vətəndaşlarımız tərəfindən böyük qürur və sevinc hissi ilə qarşılandı.
Cənab Prezident, biz Abşeron rayonunda olan şəhid ailələri məqsədyönlü fəaliyyətinizi bəyənir, həm daxili, həm də xarici siyasətinizi dəstəkləyirik. Məhz Sizin güclü siyasi iradəniz və qəhrəman övladlarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.
Əziz Prezident, ölkəmizin inkişafı naminə gördüyünüz işlərə və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində atdığınız addımlara görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Tanrı Sizi öz pənahında saxlasın!
Hörmətlə,
Rəhman Mehdiyev, 1-ci Qarabağ qazisi, şəhid atası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.