Pərvin Musayevadan, Abşeron, Azərbaycan
30 sentyabr 2024, 14:02
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız illərin həsrətindən sonra ərazi bütövlüyünə və suverenliyinə qovuşub. Praqmatik addımlarınız və prinsipiallığınız nəticəsində dövlətimiz daha da inkişaf edərək regionun lider və söz sahibi olan ölkəsinə çevrilmişdir. İstər beynəlxalq, istərsə də beynəlxalq layihələrdə ölkəmizin maraqları nəzərə alınır. Bunlar hamısı Sizin əzmkar və yorulmaz fəaliyyətiniz sayəsində mümkün olmuşdur. Xalqımız bunu yaxşı görür və çox yüksək qiymətləndirir.
Cənab Prezident, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz və iradənizlə bundan sonra da böyük uğurlar, nailiyyətlər qazanacağıq. Mən bir şəhid ailəsinin üzvü kimi Sizin həyata keçirdiyiniz siyasəti bəyənir və dəstəkləyirəm.
Allah Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Pərvin Musayeva, şəhidin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.