Anar Qarayevdən, Yevlax, Azərbaycan
25 sentyabr 2024, 18:11
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığınız 2024-cü il 19 sentyabr tarixli Sərəncamınız hər bir vətəndaş kimi məni də çox sevindirdi. Məqsədyönlü siyasətiniz və rəşadətli Ordumuzun şücaəti nəticəsində suverenliyimiz tam bərpa olundu. Buna görə Sizə “Çox sağ olun” deyirik.
Cənab Prezident, mən bir azərbaycanlı gənc olaraq Sizin kimi Prezidentimiz olduğu üçün böyük qürur hissi keçirirəm. Ulu Öndər Heydər Əliyevin irsinə sadiq qalaraq atdığınız addımlar ölkəmizi daim inkişaf etdirir.
Sizə uzun ömür, cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Anar Qarayev, tələbə.
Azərbaycan Respublikası, Yevlax rayonu, Ərəş kəndi.