Vətən Müharibəsi Qəhrəmanının anasından, Abşeron, Azərbaycan
24 sentyabr 2024, 12:00
Hörmətli cənab Prezident!
Ümummilli Liderimiz Heydər Əliyev daim xalqımızın xoşbəxtliyi, dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və suverenliyi üçün çalışmışdır. Siz, Ata nəsihətini və xalqımızın arzusunu yerinə yetirərək, düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdiniz, dövlətimizin tam suverenliyini bərqərar etdiniz.
Sizin Sərəncamınızla 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilməsi şəhidlərimizin əziz xatirəsinə verilmiş növbəti dəyərdir.
Bütün bunlara görə Sizə təşəkkür edir, növbəti qələbələr arzulayıram.
Hörmətlə,
Səməngül Musibova,
Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.