Vüsalə Sadıqovadan, Bakı, Azərbaycan
24 sentyabr 2024, 16:10
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Qarabağ Universitetini yaratdığınıza görə Sizə təşəkkür edirik. Qarabağ Universitetinin təmirdən sonra açılışının məhz 20 sentyabrda olması tarixi hadisədir. Bu, hər bir Azərbaycan vətəndaşında qürur, fəxarət hissi yaradıb.
Gənclərimiz elm və təhsil sahəsində yüksək nailiyyətlər qazanaraq cəmiyyətin inkişafına öz layiqli töhfələrini verirlər. Qarabağ Universitetində təhsil alan gənclərimizin Azərbaycanın gələcəyi üçün böyük töhfələr verəcəyinə inanırıq. Universitetdə auditoriya və laboratoriyaların, tələbələrimizin yaşayacağı mənzil tipli yataqxananın yüksək səviyyədə təşkil olunmasına görə valideynlər adından minnətdaram.
Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakınız və tələbələrlə görüşünüz gənclərimizə sevinc hissi yaşatdı.
Bu qürur hissini bizə yaşatdığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Tələbə anası olaraq, eyni zamanda, illərdir istedadlı uşaq və gənclərlə çalışan təşkilat rəhbəri olaraq gənclərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Dövlətimiz var olsun!
Hörmətlə,
Vüsalə Sadıqova,
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.