Ceyhun Rəhimovdan, Qazax, Azərbaycan
Text size
21 sentyabr 2024, 14:13
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Bu günlə bağlı qürur, fərəh hisslərini bizə yaşadan Siz oldunuz.
Günü-gündən çiçəklənən, durmadan qüdrətlənən Azərbaycan üçün Sizə minnətdarıq. Sizin xidmətləriniz misilsiz və ölçüyəgəlməzdir.
Sizinlə - xalqımızın qalib Sərkərdəsi, Müzəffər Ali Baş Komandanı ilə qürur duyduğumuzu bildiririk.
Allah Sizi, müzəffər ordumuzu və xalqımızı qorusun!
Hörmətlə,
Rəhimov Ceyhun Faiq oğlu, Qarabağ müharibəsinin əlili.
Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi.