Azər Əlilidən, Bakı, Azərbaycan
16 sentyabr 2024, 12:00
Hörmətli Mehriban xanım.
Azərbaycan vətəndaşlarına, xüsusilə də sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin göstərdiyiniz xidmətlər əvəzolunmazdır və saysız-hesabsız ailəyə xoşbəxtlik gətirməkdədir.
Sizin rəhbərliyinizlə aparılan sosial islahatlar insanların yaşayış səviyyəsinə müsbət təsirini göstərir. Bütün kateqoriyadan olan vətəndaşlarımızın, o cümlədən xüsusi diqqətə və qayğıya ehtiyac duyan ailələrin üzləşdiyi sosial problemlər həll olunur. Həyata keçirilən sosial layihələr vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Bütün bunlara görə Sizə təşəkkür edir və dərin minnətdarlığımı çatdırıram.
Hörmətlə,
Əlili Azər Yusif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.