Nikaraqua Respublikasının Prezidenti Zati-aliləri cənab Daniel Orteqa Saavedraya
15 sentyabr 2024, 11:00
Hörmətli cənab Prezident,
Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 sentyabr 2024-cü il