logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Text size icon-size icon-size

07 sentyabr 2024, 13:25

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti uğuru – gümüş medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir: “Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi