İlham Əliyev Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşmüşdür
21 noyabr 2012, 10:40
Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşmüşdür.
Görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olundu.
Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə Sinqapurun da bir neçə şirkəti Azərbaycanda iş qurmuşdur.
Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulandı.