logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

07 sentyabr 2024, 14:19

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Doğma diyarımız Kəlbəcərə hörmətli Mehriban xanımla etdiyiniz o möhtəşəm səfəriniz məni bir vətəndaş kimi çox qürurlandırdı. Eləcə də “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olmağınız, İstisu qəsəbəsinin təməlini qoymağınız daim yaddaşlarda qalacaq.

Neçə illərdən sonra Kəlbəcərə dönmüş sakinlərlə səmimi görüşünüz, mehriban ünsiyyətiniz Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha göstərdi.

Cənab Prezident, Sizin atdığınız hər bir addım gündən-günə bizi işıqlı al şəfəqə aparır.

Tanrı Sizi və ailənizi qorusun

Hörmətlə,

Ələkbərov Nəsimi

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi