logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev İtaliyaya işgüzar səfərə gəlib

Text size icon-size icon-size

04 sentyabr 2024, 21:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə sentyabrın 4-də Romaya işgüzar səfərə gəlib.

Roma şəhərinin “Leonardo da Vinci Rome Fiumicino” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliyanın rəsmi şəxsləri qarşıladılar.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi